27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İaşə sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

İaşə sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

Xankəndi şəhərində ictimai iaşə sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin maarifləndirilməsi, könüllü əməletmənin təşviqi və uçotun dəqiqləşdirilməsi məqsədilə vergi ödəyiciləri ilə görüş keçirilib.

Görüşdə Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov və baş idarənin əməkdaşları iştirak edib. Tədbir iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergitutmanın xüsusiyyətləri, o cümlədən rezidentlərə ünvanlanmış vergi və gömrük güzəşt və azadolmaları barədə məlumat verilib. Vergi ödəyicilərinin və onların təsərrüfat subyektlərinin (obyektlərinin) fəaliyyəti zamanı vergi orqanının qarşılaşdığı məsələlər onların diqqətinə çatdırılıb.

Görüşdə vergi ödəyicilərini maraqlandıran suallar ətraflı cavablandırılıb.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?