6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi orqanlarına daxil olmuş müraciətlərə operativ şəkildə baxılır

Vergi orqanlarına daxil olmuş müraciətlərə operativ şəkildə baxılır

2025-ci ilin yanvar – iyun ayları ərzində vergi orqanlarına 228.622 müraciət daxil olub. Daxil olmuş müraciətlərdən 95,3 faizi ərizə, 4,6 faizi şikayət, 0,1 faizi təklif olub. Müraciətlərdən 94,8 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 5,2 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərin 52,4 faizi həll olunub, 45,9 faizi ilə bağlı müvafiq izahat verilib, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Həll edilmiş 3.241 sayda faktiki şikayət, əsasən, kameral vergi yoxlamaları, sosial sığorta ödənişləri, maliyyə sanksiyalarının silinməsi, vergi ödəyicilərinin qeydiyyatı, şəxsi hesab vərəqələri, vergi borcu və digər məsələlərlə bağlı olub.

2025-ci ilin yanvar – iyun ayları ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 414 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?