27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi tutulan əməliyyatın vaxtı necə müəyyən olunur?

Vergi tutulan əməliyyatın vaxtı necə müəyyən olunur?

Qarşı tərəf ƏDV depozit hesabımıza aprel ayında 18 manat ƏDV avans məbləği köçürüb. Əsas məbləğ olan 100 manat avans isə bank hesabımıza may ayında köçürülüb. Bu halda vergi tutulan əməliyyatın vaxtı ƏDV avans ödənişinin alındığı aprel, yoxsa may ayı götürüləcək?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır.

Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur.

Vergi Məcəlləsinin 166.6-cı maddəsinə əsasən isə ödəmə malların göndərildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi müddət başlayanadək həyata keçirilirsə, yəni ƏDV ödəyicisi malları, işləri və xidmətləri göndərəcəyi qarşı tərəfdən avans məbləğ alırsa, vergi tutulan əməliyyatın vaxtı avansın ödənildiyi tarix sayılır.

Sorğuya cavab olaraq bildirilib ki, yuxarıda göstərilən halda vergi tutulan əməliyyatın vaxtı aprel ayı hesab ediləcək.

Əsas: Vergi Məcəlləsinin 166-cı maddəsi.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?