6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Yay Təcrübə Proqramı” çərçivəsində təşkil olunan yay düşərgəsinin açılış mərasimi keçirilib

“Yay Təcrübə Proqramı” çərçivəsində təşkil olunan yay düşərgəsinin açılış mərasimi keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) tələbələr üçün təşkil etdiyi sayca dördüncü “Yay Təcrübə Proqramı” çərçivəsində yay düşərgəsinin açılış mərasimi keçirilib.

DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil olunmuş tədbirdə “Yay Təcrübə Proqramı”nın mahiyyəti, tələbələrin inkişafına yönəlmiş fəaliyyətlər və asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində tədbirlər barədə məlumat verilib. Açılış mərasimində düşərgənin tələbələrin həm müvafiq biliklər əldə etməsi, həm də şəbəkələşməsi üçün faydalı platforma olduğu vurğulanıb. Qeyd olunub ki, “Yay Təcrübə Proqramı”na maraq ildən-ilə artır və bu il 1000-ə yaxın namizəd layihəyə qoşulmaq üçün müraciət göndərib.

Bir həftə davam edəcək yay düşərgəsində müxtəlif universitetlərdən 60-dək tələbə iştirak edir. Həmin müddət ərzində iştirakçılara daxili və kənar təlimçilər tərəfindən vergi inzibatçılığı, vergi ödəyicilərinə göstərilən xidmətlər, fərdi səriştələrin inkişafı istiqamətində təlimlər, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə interaktiv oyunlar və Şamaxının turizm məkanlarına səfərlər təşkil olunacaq.

Bu il “Yay Təcrübə Proqramı” sentyabr ayının 5-dək davam edəcək. Yay düşərgəsinin davamında iştirakçılar DVX-nin müxtəlif struktur bölmələrində 8 həftə müddətində təcrübə keçəcəklər.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?