6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
DVX nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

DVX nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndələri Qazaxıstan Respublikasının Almatı şəhərində təşkil edilmiş “Vergi güzəştlərinin idarə edilməsi” təlimində iştirak ediblər. Beynəlxalq Valyuta Fondunun Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzi tərəfindən təşkil edilmiş təlimdə ölkəmizi DVX-nin Vergi siyasəti baş idarəsinin baş hüquqşünası Gülnarə Pənahova, İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsinin baş dövlət vergi müfəttişi Qoşqar Qocayev və Tədris Mərkəzinin Elm, innovasiya vəməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev təmsil ediblər.

İştirakçı ölkələrdə vergi güzəştlərinin idarə olunması bacarıqlarının, institusional potensialın və vergi şəffaflığının artırılması, fiskal davamlılığın stimullaşdırılması və regional əməkdaşlığın təşviqi məqsədilə təşkil edilmiş təlim beynəlxalq ekspertlər tərəfindən keçirilib.

Təlimdə ölkələrin vergi güzəştlərinin idarə olunması sahəsində potensialının gücləndirilməsi, beynəlxalq təcrübədə mövcud mexanizmlər, qiymətləndirmə metodologiyaları, fiskal şəffaflığın artırılmasına dəstək və perspektivlər barədə məlumat verilib. Tədbir çərçivəsində vergi güzəştlərinin təsnifatı, fiskal təsirinin ölçülməsi metodologiyaları, şəffaf uçotu, hesabatlılığı və iqtisadi səmərəliliyi kimi mövzular diqqətdə saxlanılıb. Beynəlxalq praktikadan nümunələr təqdim edilib və iştirakçı ölkələrin təqdimatları dinlənilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?