15 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hüquq və konsaltinq şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru” üzrə həyata keçirilən islahatların təşviqi və ictimai iştirakçılığın gücləndirilməsi məqsədilə 2025-ci il üçün Yol Xəritəsi çərçivəsində məlumatlandırma tədbirləri həyata keçirilir.

Növbəti belə tədbir aparıcı hüquq və konsaltinq şirkətlərinin nümayəndələri və sahə üzrə ekspertlərlə onlayn formatda keçirilib. Görüşdə təqdimatla çıxış edən Dövlət Vergi Xidmətinin əməkdaşı Aynur Hacıyeva “Biznesə daxilolma” indikatoru üzrə islahatların istiqamətləri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən və DVX-nin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupu tərəfindən görülmüş işlər, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı mexanizmlərində sadələşdirmə və şəffaflığın artırılması sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Təqdimatdan sonra interaktiv müzakirələr aparılıb. Xüsusilə benefisiar mülkiyyətçiliklə bağlı müzakirələr zamanı qeyd olunub ki, bu məsələyə dair may ayında qanunvericiliyə edilmiş mühüm dəyişikliklər qüvvəyə minib. Hər bir hüquqi şəxs öz benefisiar mülkiyyətçisini (eləcə də xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı, müvafiq olaraq, xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisini) dürüst, dəqiq və yenilənmiş şəkildə tanımalı, bu barədə təsdiqedici sənədlərə (o cümlədən elektron sənədlərə) malik olmalı və qanunvericiliklə müəyyən olunmuş hallarda və qaydada təqdim etməlidir. Bildirilib ki, qanunvericiliyə edilmiş dəyişikliklərlə “benefisiar mülkiyyətçi” anlayışı təsbit olunub, qeydiyyat zamanı hüquqi şəxslərin benefisiar barədə ətraflı məlumat (adı, şəxsiyyəti təsdiq edən sənədi, vətəndaşlıq, payın xarakteri və s.) verməsi, dövlət orqanlarının yoxlama və məlumat mübadiləsi imkanlarının artırılması müəyyən edilib, mövcud hüquqi şəxslər üçün keçid müddətləri təyin olunub.

Bu dəyişikliklər hüquqi şəxs və benefisiar məlumatlarının şəffaf şəkildə dövlət qeydiyyatına daxil olunması və gələcəkdə beynəlxalq hesabatlılıq meyarlarına uyğunluq baxımından mühüm əhəmiyyət daşıyır.

Görüşdə, həmçinin, xidmət mərkəzlərində inzibati prosedurlarla bağlı təkliflər səsləndirilib. Tədbir iştirakçıları tərəfindən belə görüşlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?