6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Mədəniyyət xidmətlərinə görə ödənilən ƏDV-nin 50 faizi geri qaytarılacaq

Mədəniyyət xidmətlərinə görə ödənilən ƏDV-nin 50 faizi geri qaytarılacaq

İnvestisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın stimullaşdırılması və vergi yükünün azaldılması məqsədilə Vergi Məcəlləsində edilmiş dəyişikliklər çərçivəsində mədəniyyət sektoruna yönəlmiş yeni təşviq mexanizmi iyul ayından tətbiq olunacaq.

2025-ci il iyulun 1-dən etibarən fiziki şəxslər teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti kimi mədəniyyət xidmətlərindən nağdsız qaydada istifadə etdikdə, ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) 50 faizini geri ala biləcəklər.

Bu güzəşt artıq bir sıra digər sahələrdə uğurla tətbiq olunan “ƏDV geri al” (cashback) mexanizmi ilə eyni qaydada həyata keçiriləcək. İstehlakçılar bu xidmətlər üzrə ödədikləri nağdsız məbləğlərə dair əldə etdikləri kassa çekləri əsasında ƏDV-nin yarısını geri ala biləcəklər.

Qeyd edək ki, həmin dəyişikliklər Vergi Məcəlləsinin 165.5-ci maddəsinə edilmiş əlavələr əsasında cari ilin əvvəlində təsdiq olunub. Yeni mexanizm mədəniyyət xidmətlərinə çıxış imkanlarını artırmaqla yanaşı, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün rəqabət qabiliyyətinin və şəffaflığın yüksəldilməsinə təkan verəcək. Eyni zamanda, əlavə investisiyaların cəlbi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və mədəniyyət sektorunun daha dayanıqlı inkişafı da əsas hədəflər sırasındadır.

“ƏDV geri al” mexanizminin bu sektora da şamil olunması əhalinin mədəniyyət xidmətlərinə marağının artmasına, uzunmüddətli dövrdə isə qiymətlərin tənzimlənməsi və bazarda sağlam rəqabətin formalaşmasına müsbət təsir göstərəcək.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?