6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
BVF nümayəndəsi ilə görüş keçirilib

BVF nümayəndəsi ilə görüş keçirilib

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Beynəlxalq Valyuta Fondunun (BVF) Fiskal Məsələlər Departamentinin Gəlir İdarəetməsi üzrə 1-ci şöbəsinin rəhbəri Debra Adams ilə görüşüb.

DVX rəisi qonağa İOTA-nın Bakıda keçirilən 29-cu Baş Assambleyasında iştirakına görə minnətdarlığını bildirərək tədbirdə zəngin və əhatəli təqdimatı ilə işgüzar müzakirələrə verdiyi töhfəyə görə məmnunluğunu ifadə edib.

Debra Adams DVX-nin 2025-2028-ci illər üzrə Strategiyasında nəzərdə tutulan hədəflər, ölkəmizdə vergi inzibatçılığının təkmilləşdirilməsi, könüllü əməletmənin təşviqi sahəsində görülmüş işlər, “kölgə iqtisadiyyatı” ilə mübarizə istiqamətində tətbiq olunan vergi siyasəti barədə məlumatlandırılıb. Görüşdə DVX əməkdaşları üçün "Vergi inzibatçılığının diaqnostik qiymətləndirmə aləti (TADAT)" əsasında daxili qiymətləndirmənin aparılmasına hazırlıq məqsədilə keçirilən təlimin nəticələri və bu sahədə gələcək planlar da müzakirə olunub. Bildirilib ki, bu qiymətləndirmə aləti vergi orqanlarında inzibatçılıq tədbirlərinin güclü və zəif tərəflərinin müəyyənləşdirilməsi, təkmilləşmə tədbirlərinin həyata keçirilməsi ardıcıllığı da daxil olmaqla islahat gündəliyinin aktual saxlanılması, beynəlxalq təcrübənin tətbiqi prosesində effektivliyin artırılması və həyata keçirilmiş islahatların təsirlərinin daha dəqiq qiymətləndirməsi kimi faydalara malikdir.

Görüşdə həmçinin ikitərərfli əməkdaşlığın mümkün yeni istiqamətləri, BVF-nin vergi inzibatçılığı ilə bağlı təcrübəsindən istifadəyə yönələn layihələr barədə fikir mübadiləsi aparılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?