5 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərin sayı 27 faiz artıb

Yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 19.983 şəxs qəbul edilib. Mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələrin tərtib olunması və göndərilməsi, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 27.120 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,8 faiz çoxdur.

Ümumi xidmətlərin 86 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

- Asan İmza sertifikatının verilməsi;

- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

- Vergi ödəyicisinə arayışların verilməsi;

- Vergi ödəyicisinin fəaliyyətinin bərpası;

- Fiziki şəxsin uçotdan çıxarılması;

- Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.

Yanvar-may aylarında vergi ödəyicilərinə məlumatlandırma xarakterli 598.876 müxtəlif növ bildiriş (məktub) göndərilib. Həmin dövr ərzində vergi ödəyiciləri ilə 52 görüş keçirilib, 210 sayda ünvanlı xidmət göstərilib. Yanvar-may ayları ərzində 1.498 müraciət üzrə 2.641 Asan İmza sertifikatı verilib.

Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu?