6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İnnovativ yanaşmaların tətbiqinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb

İnnovativ yanaşmaların tətbiqinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Litva Respublikasının Maliyyə Nazirliyinin Dövlət Vergi Müfəttişliyinin rəhbəri Edita Yanuşiene ilə görüşüb.

Görüş zamanı tərəflər iki ölkənin vergi administrasiyaları arasında əlaqələrin inkişaf imkanlarını müzakirə ediblər. Rəqəmsallaşma, vergi uçotu və nəzarət sistemlərinin təkmilləşdirilməsi, könüllü vergi ödənişinin təşviqi və vergi mədəniyyətinin artırılması sahələrində əməkdaşlıq məsələləri əsas müzakirə mövzuları olub.

Orxan Nəzərli qeyd edib ki, müasir çağırışlar fonunda vergi inzibatçılığında innovativ yanaşmaların tətbiqi sahəsində təcrübə mübadiləsi üçün geniş imkanlar mövcuddur. DVX rəisi Azərbaycan və Litva arasında bu sahədə dialoqun davamlı olmasının vacibliyini vurğulayıb.

Öz növbəsində, Edita Yanuşiene Litvanın vergi islahatları və texnoloji yeniliklər sahəsində əldə etdiyi nəticələr barədə məlumat verərək, bu təcrübənin digər ölkələrlə bölüşülməsində maraqlı olduqlarını bildirib.

Görüşdə qarşılıqlı əməkdaşlıq və gələcək praktiki təşəbbüslər barədə müzakirələr aparılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?