6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Koreya Respublikası Milli Vergi Xidmətinin rəhbəri ilə görüş keçirilib

Koreya Respublikası Milli Vergi Xidmətinin rəhbəri ilə görüş keçirilib

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Koreya Respublikası Milli Vergi Xidmətinin rəhbəri Kanq Minsu ilə görüş keçirib.

Görüş zamanı tərəflər iki ölkənin vergi administrasiyaları arasında əməkdaşlıq perspektivlərini müzakirə edib, rəqəmsal texnologiyaların tətbiqi, vergi xidmətlərinin keyfiyyətinin artırılması və vergi ödəyiciləri ilə münasibətlərin təkmilləşdirilməsi sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

DVX rəisi Azərbaycanın vergi sistemində aparılan islahatlar, Xidmətin 2025–2028-ci illəri əhatə edən Strategiyası çərçivəsində həyata keçirilən tədbirlər, vergi inzibatçılığında rəqəmsallaşma və könüllü əməletmənin təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.

Kanq Minsu Koreya Respublikasında tətbiq olunan vergi idarəetmə modelləri, rəqəmsal texnologiyaların vergi sisteminə inteqrasiyası və beynəlxalq əməkdaşlıq təcrübələri barədə danışıb.

Görüşün sonunda qarşılıqlı əməkdaşlığın davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?