6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Fərdi sahibkar sabit qəbzi onlayn şəkildə ala bilərmi?

Fərdi sahibkar sabit qəbzi onlayn şəkildə ala bilərmi?

Mən fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul oluram və qüvvədə olan sabit qəbzin müddətinin bitməsinə az qalıb. Bilmək istəyirəm ki, sabit qəbzin onlayn şəkildə alınması məqsədilə elektron kabinetə daxil olmaq üçün yenə də elektron imza olmalıdırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.72-ci maddəsində edilmiş və 2025-ci il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliyə əsasən, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alan, habelə mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq sərnişin daşımaları istisna olunmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslər gücləndirilmiş elektron imza olmadan vergi orqanı tərəfindən verilən kod-parol vasitəsilə elektron kabinetə daxil ola bilərlər.

Buna əsasən, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi vergi orqanı tərəfindən verilən kod-parol vasitəsilə elektron kabinetinə daxil olmaqla “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in alınması üçün elektron qaydada müraciət edə bilər.

Xidmətdən o da bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi orqanı ilə vergi ödəyicisi arasında müəyyən olunmuş formada razılaşma müqaviləsi bağlanıldıqda fiziki şəxslər hesablanmış vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarını tam məbləğdə ödədikdən sonra “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi orqanına müraciət etmədən 1 iş günündən gec olmayaraq elektron qaydada verilir.

Əsas: Vergi Məcəlləsinin 13.2.72-ci və 221.8.5-ci maddələri

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?