6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aliks Perinyon De Troy: “Azərbaycanın Dövlət Vergi Xidməti IOTA-ya çoxsaylı dəyərli töhfələr verib”

Aliks Perinyon De Troy: “Azərbaycanın Dövlət Vergi Xidməti IOTA-ya çoxsaylı dəyərli töhfələr verib”

Bu gün Azərbaycanda hibrid formatda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 29-cu Baş Assambleyası keçirilir. Assambleyanın əsas mövzusu "Sürətlə dəyişən mühitdə adaptiv və çevik vergi idarəçiliyi”nə həsr olunub.

Tədbirlə bağlı açıqlama verən IOTA-nın icraçı katibi Aliks Perinyon De Troyun sözlərinə görə, bu mövzu hər bir vergi administrasiyası üçün zəruri çağırışlar yaradan məsələləri əhatə edir, habelə 43 üzv ölkə arasında yerli vergi administrasiyası, eləcə də bir çox beynəlxalq vergi administrasiyaları ilə bilik və təcrübə mübadiləsi aparmaq imkanı yaradır.

IOTA-nın icraçı katibi Bakıda keçirilən 29-cu Baş Assambleyanın sessiyalarına ev sahibliyi və 2024–2025-ci illər üçün IOTA-nın prezidenti vəzifəsini icra etdiyinə görə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə dərin təşəkkürünü bildirib. "Azərbaycanın Dövlət Vergi Xidməti təşkilata çoxsaylı dəyərli töhfələr verib. 200-dən çox iştirakçını bir araya gətirən bu Baş Assambleya və tədbir çərçivəsində keçirilən sərgi böyük bir uğurdur. Bu tədbirə ev sahibliyi etdikləri üçün Azərbaycan komandasına bir daha təşəkkür edirəm və əminəm ki, Baş Assambleya həqiqətən də böyük uğurla nəticələnəcək", - Aliks Perinyon De Troy əlavə edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?