6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakıda IOTA-nın 29-cu Baş Assambleyasının inzibati sessiyası keçirilib

Bakıda IOTA-nın 29-cu Baş Assambleyasının inzibati sessiyası keçirilib

İyunun 17-də Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 29-cu Baş Assambleyasının inzibati sessiyası keçirilib. Sessiyada IOTA-nın 2024–2025-ci illəri əhatə edən dövr çərçivəsində görülən işlər, İcraiyyə Şurasının qərarları, strateji inkişaf tədbirləri, üzv administrasiyaların təşkilata dair tövsiyə və təşəbbüsləri müzakirə olunub. Sessiyada IOTA-nın Baş Katibliyi tərəfindən illik fəaliyyət hesabatı təqdim edilib, növbəti dövr üçün təşkilati və büdcə məsələləri nəzərdən keçirilib.

IOTA Prezidenti Orxan Nəzərli inzibati sessiyada çıxış edib. Bildirib ki, Azərbaycanın təşkilata Prezidentliyi dövründə təşkilatın institusional inkişafı, regional əməkdaşlığın gücləndirilməsi və innovativ vergi idarəçiliyi sahəsində bilik mübadiləsinin genişləndirilməsi əsas prioritetlər olub. IOTA-nın 2023-2027-ci illər üzrə strategiyasında müəyyən edilmiş hədəflərin reallaşdırılmasına xüsusi diqqət yetirilib. Görülmüş işlər, yalnız bir dövrün yekunu deyil, həm də IOTA-nın gələcək institusional və maliyyə baxımından dayanıqlı inkişafına töhfə vermək məqsədi daşıyıb. Orxan Nəzərli qeyd edib ki, Bakıda keçirilən Assambleya təşkilat üçün yeni imkanlar və daha güclü əməkdaşlıq yolları açacaq.

Daha sonra IOTA prezidentliyinin rəmzi hesab edilən təşkilatın bayrağı Orxan Nəzərli tərəfindən Macarıstan Milli Vergi və Gömrük Administrasiyasının sədri Ferens Vaquyhelyə təqdim olunub.
Assambleya öz işini 18–19 iyun tarixlərində keçiriləcək texniki sessiyalarla davam etdirəcək. Bu sessiyalarda rəqəmsal transformasiya, süni intellektin vergi inzibatçılığında tətbiqi, vergi orqanlarında insan resurslarının idarə olunması və digər aktual mövzular ətrafında müzakirələr aparılacaq.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?