27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakıda IOTA-nın İcraiyyə Şurasının 154-cü iclası keçirilib

Bakıda IOTA-nın İcraiyyə Şurasının 154-cü iclası keçirilib

İyunun 16-da Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) İcraiyyə Şurasının154-cü iclası keçirilib. İclas Azərbaycan Respublikasının IOTA-ya prezidentliyi çərçivəsində baş tutub.

İcraiyyə Şurasının iclasında təşkilatın idarəetməorqanı kimi qarşıdakı dövr üçün strateji və inzibati qərarların qəbulu ilə bağlı mühüm məsələlər müzakirə olunub. Tədbirdə İcraiyyə Şurası üzvləri növbəti illər üçün IOTA-nın fəaliyyət istiqamətləri üzrə prioritetləri, vergi administrasiyaları arasında əməkdaşlığın daha da gücləndirilməsi və innovativ təşəbbüslərin təşviqi barədə fikir mübadiləsi aparıblar. IOTA prezidenti Orxan Nəzərli qeyd edib ki, İcraiyyə Şurası təşkilatın strateji məqsədlərinə nail olmaq istiqamətində böyük səylə çalışır.

İclasda IOTA Katibliyi tərəfindən görülən işlər, Bakıda keçiriləcək 29-cu Baş Assembleya və onun gündəliyinə daxil edilmiş məsələlər müzakirə edilib.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?