27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İctimai iaşə sektorunu təmsil edən vergi ödəyiciləri ilə görüş keçirilib

İctimai iaşə sektorunu təmsil edən vergi ödəyiciləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklər və təkliflərinin öyrənilməsi istiqamətində əməkdaşlığı və görüşləri davam etdirir. Növbəti belə görüş DVX-nin Vergi siyasəti baş idarəsi, “Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası” və ictimai iaşə sektorunu təmsil edən bir sıra vergi ödəyicilərinin iştirakı ilə baş tutub.

Görüş zamanı iaşə sektorunun mövcud vəziyyəti və inkişafı ilə bağlı təkliflər səsləndirilib, dövlətin dəstək mexanizmləri və vergi tənzimləmələri barədə müzakirələr aparılıb. DVX əməkdaşları tərəfindən vergi qanunvericilyinin bəzi aspektəri izah olunub, işitrakçıların sualları cavablandırılıb və gələcəkdə belə görüşlərin davam etdirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?