6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi?

Əvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi?

Sadələşdirilmiş vergi ödəyicisi olan müəssisə ƏDV ödəyicisi olan müəssisədən mal alır, sonra ƏDV ödəyicisi olan digər müəssisəyə satır, amma sadələşdirilmiş vergi ödəyicisi olduğuna görə, ƏDV əvəzləşdirməsi edə bilmir. Satış zamanı malın əsas dəyəri kimi 1.180 manat + ticarət əlavəsi olmaqla qarşı tərəfə satır. Bilmək istəyirəm ki, 4-cü rübün sonunda ƏDV-yə ödənilən məbləğ xərc kimi gəlirdən çıxıla bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

Sorğuya cavab olaraq bildirilib ki, sadələşdirilmiş vergi ödəyicilərinin ödədikləri ƏDV-ni əvəzləşdirmək hüquqları yoxdur. Vergi ödəyicisi tərəfindən mallar, eləcə də xidmətlər əldə olunarkən ödənilən ƏDV məbləği Vergi Məcəlləsinin müddəalarına əsasən əvəzləşdirilə bilmədikdə, ƏDV məbləği həmin malların və ya xidmətlərin dəyərinə əlavə edilir. Qeyd olunan mal və ya xidmətlər üzrə çəkilən xərclər gəlirin əldə olunması ilə bağlı olduqda, həmin xərclər vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?