6 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

DVX-nin rəis müavini Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyasında iştirak edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva "Caspian Energy Club"un (CEC) Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyasında iştirak edib. Tədbirdə çıxış edən Samirə Musayeva bu formatda keçirilən görüşlərin dövlət – özəl sektor tərəfdaşlığı baxımından önəmli olduğunu vurğulayıb. 2021-ci ildən vergi orqanlarında sahibkarlıq birlikləri və assosiasiyalarla iş strukturunun fəaliyyət göstərdiyini xatırladan DVX rəisinin müavini biznes nümayəndələri ilə mütəmadi görüşlər keçirildiyini, vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi məqsədilə sahibkarların təkliflərinin diqqət mərkəzində saxlanıldığını bildirib.

Vergi daxilolmaları barədə məlumat verən Samirə Musayeva qeyd edib ki, ötən il dövlət büdcəsinə 15,8 milyard manatdan çox vergi ödənilib. DVX sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta ödənişləri də daxilolmaqla ümumilikdə 22,8 milyard manat həcmində fiskal yığımların təmin edilməsinə nail olub. Bu isə dövlət büdcəsində bütün fiskal ödənişlərin təxminən 77 faizini təşkil edir.

Samirə Musayeva vergi xidmətinin büdcə gəlirlərini təmin etməklə yanaşı, həm də iqtisadi inkişafa töhfə verdiyini, ölkəyə investisiya qoyuluşlarını stimullaşdıran əsas amillərdən biri kimi əlverişli biznes mühitinin formalaşmasına xidmət edyini diqqətə çatdırıb. Bildirib ki, vergi sisteminin daha da təkmilləşdirilməsi sahibkarların yaxından iştirakı ilə mümkün ola bilər. “Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə Strategiyası”nda da müəyyənləşdirilmiş əsas hədəflərdən biri məhz vergi ödəyiciləri üçün əlçatan olan və könüllü əməletmə səviyyəsi yüksək vergi sisteminin qurulmasıdır.

Sessiyanın ikinci hissəsi daha çox vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı məsələlərə həsr olunub. Tədbir iştirakçılarının qarşılaşdıqları çətinliklərlə bağlı sualları DVX nümayəndələri tərəfindən cavablandırılıb, səsləndirilən bir sıra təkliflər qeydə alınıb və onların dəyərləndiriləcəyi diqqətə çatdırılıb.

Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu?