6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət Vergi Xidməti internat məktəbinin şagirdləri üçün əyləncəli tədbir təşkil edib

Dövlət Vergi Xidməti internat məktəbinin şagirdləri üçün əyləncəli tədbir təşkil edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən Bakı şəhərində yerləşən uşaq əyləncə mərkəzlərindən birində 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində təhsil alan 100-ə yaxın şagird üçün əyləncəli proqram təşkil olunub. Proqram 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə DVX əməkdaşlarının övladlarının iştirakı ilə təşkil edilmiş “Balaca Ulduzlar” adlı xeyriyyə yarmarkasında əldə olunmuş vəsait hesabına reallaşdırılıb.

Tədbir çərçivəsində uşaqlar üçün maraqlı şoular, “master-klass”lar, interaktiv oyunlar keçirilib, onlara müxtəlif attraksionlar və batutlarda əylənmək imkanı yaradılıb, nahar təşkil olunub. Yekunda şagirdlərə geyim dəstləri hədiyyə edilib.

DVX sosial məsuliyyət strategiyası çərçivəsində ictimaiyyət üçün faydalı təşəbbüslərin dəstəklənməsinə daim diqqətlə yanaşır, cəmiyyətin həssas təbəqələrini əhatə edən sosial layihələrin həyata keçirilməsində fəal tərəfdaş kimi iştirak edir. Bu tədbirin də başlıca məqsədi qayğıya daha çox ehtiyacı olan məktəblilərin cəmiyyətə inteqrasiyasına dəstək göstərməkdir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?