6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?

İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?

Şirkətimiz 2025-ci ilin yanvar ayında vergi orqanında qeydiyyata alınıb və idxal edilmiş malların topdan satışını həyata keçirir. Şirkətin vergi orqanlarında uçota alınmış iki təsərrüfat obyekti mövcuddur və idxal edilən mallar həmin təsərrüfat obyektinə boşaldılacaq. Bu halda idxal olunacaq mallar barədə məlumat forması vergi orqanına təqdim edilməlidirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsində edilmiş dəyişikliklərə əsasən, vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar üçün mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə olunan və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə məlumatların vergi orqanına təqdim edilməsi ilə bağlı müddəa ləğv olunub.

Eyni zamanda, vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir və ya bir neçə təsərrüfat subyekti (obyekti) olduğu təqdirdə, bu maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir. Bu halda, idxal edilmiş mallar həmin təsərrüfat subyektinə (obyektinə) və ya təsərrüfat subyektlərinə (obyektlərinə) boşaldılmış hesab olunur. Bu maddənin tələbləri qeyri-sahibkarlıq və şəxsi istifadə üçün idxal olunan mallara münasibətdə şamil edilmir.

Buna əsasən, malların topdan satışını həyata keçirən vergi ödəyicisinin vergi orqanında uçota alınmış iki təsərrüfat subyekti (obyekti) olduğu təqdirdə, vergi ödəyicisi tərəfindən öz fəaliyyəti üçün idxal olunmuş malların saxlanılacağı (boşaldılacağı) yer barədə məlumatların vergi orqanına təqdim edilməsi nəzərdə tutulmur və bu halda, idxal edilmiş mallar həmin təsərrüfat subyektlərinə (obyektlərinə) boşaldılmış hesab olunur.

Əsas: Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsi

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?