6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İcarəyə götürülən obyekt üçün kod almaq mümkündürmü?

İcarəyə götürülən obyekt üçün kod almaq mümkündürmü?

Kirayə mənzil müqaviləsi ilə obyekt kodu əldə etmək mümkündürmü? Müqavilədə icarə haqqını minumum nə qədər göstərə bilərik? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd olunan fəaliyyət Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti hesab olunur və bu fəaliyyətlə məşğul olmaq istəyən fiziki şəxslər Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrinə uyğun olaraq, yaşadıqları yer üzrə vergi orqanına “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Ərizə” verməklə (ərizəyə şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunur) uçota durmalıdırlar.

Bununla belə, Vergi Məcəlləsinin 33.2-ci maddəsinin müddəalarına əsasən, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti həyata keçirdiyiniz təsərrüfat subyekti (obyekti) yerləşdiyi ərazi üzrə vergi orqanında uçota alınır (obyekt kodlaşdırılır). Bunun üçün təqdim edilən “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə“yə fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədlərin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surəti əlavə edilir. Təsərrüfat subyekti (obyekti) uçota alınarkən vergi ödəyicisinə 15 rəqəmdən ibarət kodu özündə əks etdirən arayış verilir.

Vergi Məcəlləsinin 124.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 32-ci, 33-cü, 34-cü, 124-cü maddələri

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?