6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Güzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır?

Güzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır?

Şirkət balansında olan əsas vəsaiti qalıq dəyərindən aşağı qiymətə satır. Bu zaman ƏDV hansı məbləğə hesalanmalıdır? Qalıq dəyəri və satış qiyməti arasında fərq xərc kimi tanına bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.

Mallar güzəştli qiymətlə təqdim edilərkən güzəştli qiymət vergi ödəyicisinin 30 gün ərzində eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işlərə, xidmətlərə) tətbiq etdiyi qiymətlərin səviyyəsindən 30 faizdən aşağı olduqda, ƏDV hesablanarkən vergitutma məqsədləri üçün satış qiyməti kimi məhsulun bazar qiyməti əsas götürülür.

Vergi Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, aktivlərin təqdim edilməsindən əldə olunan gəlir aktivlərin təqdim edilməsindən daxilolmalar və aktivlərin bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı müsbət fərq deməkdir. Aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim olunan aktivin bazar qiyməti və onun bu Məcəllənin 143-cü maddəsinə əsasən müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.

Vergi Məcəlləsinin 142.2-ci maddəsinə əsasən, aktivlərin təqdim edilməsindən yaranan zərər aktivlərin təqdim edilməsindən daxilolmalar və həmin aktivlərin bu Məcəllənin 143-cü maddəsinə müvafiq surətdə müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.

Əsas: Vergi Məcəlləsinin 142-ci və 161-ci maddələri

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?