7 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Vergi islahatları – bizneslə əməkdaşlıq” mövzusunda görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin və “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” İctimai Birliyinin (İCMA) birgə təşkilatçılığı ilə “Vergi islahatları – bizneslə əməkdaşlıq” mövzusunda görüş keçirilib. Tədbirdə DVX-nin nümayəndələri və ictimai birliyin 50-dən çox üzvü iştirak edib.

Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov biznes subyektlərinin nümayəndələrini salamlayaraq dövlət – özəl sektor tərəfdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib, dialoq mühitinin inkişafında biznes nümayəndələri ilə dövlət qurumları arasında keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Öz növbəsində, İCMA-nın İdarə heyətinin sədri, “Marsol Group”un təsisçisi Tural Mustafayev DVX ilə əməkdaşlıq formatının önəmini xüsusi qeyd edib.

Görüşdə Vergi siyasəti baş idarəsinin Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsinin rəisi Əhməd Əhmədov təqdimatla çıxış edib və vergitutma sahəsində aparılan islahatlar, həyata keçirilən tədbirlər barədə danışıb. Tədbir iştirakçılarına son illərdə həyata keçirilən islahatlar nəticəsində iqtisadi göstəricilərdə əldə olunan müsbət dinamika, “kölgə iqtisadiyyatı” ilə mübarizə və biznes mühitinin stimullaşdırılması məqsədilə vergi qanunvericliyndə tətbiq olunan təşviqlər, vergi xidmətində rəqəmsallaşma sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Bundan başqa, DVX-nin bizneslə qarşılıqlı əməkdaşlıq platforması çərçivəsində 280-ə yaxın görüş keçirildiyi, 680 təklifin emal olunduğu və həmin təkliflər əsasında vergi qanunvericliyi və inzibatçılığında 100-ə yaxın dəyişiklik edildiyi iştirakçıların diqqətinə çatdırılıb.

Görüş zamanı İCMA-da təmsil olunan kənd təsərrüfatı, istehsal, turizm, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb, onların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı sualları cavablandırılıb, təklifləri dinlənilib. Bildirilib ki, dövlət - özəl sektor tərəfdaşlığı çərçivəsində bu kimi görüşlər davamlı şəkildə keçiriləcək.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?