6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) Dünya Bankının “Karbon qiymətləri – Bazar Hazırlığı Tərəfdaşlığı” (PMI) üzrə dəstək missiyası ilə görüş keçirilib. Görüşdə karbon qiymətqoyma məsələləri ilə bağlı müxtəlif yanaşmalar müzakirə edilib.

DVX-nin rəis müavini Samirə Musayeva yaşıl iqtisadiyyat modelinin qurulması və enerji səmərəliliyinin təmin edilməsi istiqamətində vergi sistemində həyata keçirilən islahatlar barədə məlumat verib, vergi qanunvericiliyində yer alan güzəştlər və stimullaşdırıcı mexanizmləri diqqətə çatdırıb. Bildirib ki, karbon qiymətqoyma ədalətli yanaşma, dərin təhlil, hərtərəfli araşdırma tələb edən mühüm bir vasitədir və “yaşıl həllər”in tədqiqində Dünya Bankının aktiv fəaliyyəti təqdirəlayiqdir.

Dünya Bankının Baş iqlim dəyişikliyi mütəxəssisi və Azərbaycan üzrə tapşırıq qrupunun rəhbəri Yasemin Örücü “Bazar Hazırlığı Tərəfdaşlığı” çərçivəsinin mahiyyəti və gözləntilər barədə məlumat verib. Yasemin Örücü missiyanın əsas məqsədinin karbon qiymətləri və Paris Sazişinin 6-cı maddəsi üzrə hazırlıq qiymətləndirməsinə dair məlumatları paylaşmaq, aidiyyəti qurumlarla məsləhətləşmələr aparmaq və maraqlı tərəflərin rəylərini toplamaq olduğunu qeyd edib.

Tərəflər enerji sistemlərinin sürətlənən transformasiyası və ölkələrin karbon izini azaltmaq təşəbbüsləri fonunda atılan addımlar barədə fikirlərini bölüşüblər. Görüşdə perspektiv əməkdaşlıq istiqamətləri ətraflı müzakirə edilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?