6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi orqanı obyektin girişində uçotla bağlı məlumatın olmamasına görə sahibkarı cərimə edə bilərmi?

Vergi orqanı obyektin girişində uçotla bağlı məlumatın olmamasına görə sahibkarı cərimə edə bilərmi?

Mühasibi olduğum fərdi sahibkarın “Şəms Mall” (ad şərtidir) ticarət mərkəzində oyuncaqların pərakəndə satışı mağazası var. 2025-ci ilin mart ayında vergi orqanı tərəfindən bazarda operativ vergi nəzarəti tədbiri keçirilib. Bu zaman fərdi sahibkarın icarəyə götürdüyü obyektinin girişində həmin obyektin vergi orqanında uçota alınmasına dair məlumatın yerləşdirilməməsinə görə maliyyə sanksiyası tətbiq edilməsi qanunauyğundurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 16 dekabr 2024-cü il tarixli 98-VIIQD nömrəli Qanuna əsasən, kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda daşınmaz əmlak həmin əmlakın mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə- idarəediciləri) tərəfindən, habelə əmlak icarəyə verildikdə icarəyə götürən tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması ilə bağlı (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatı (arayışı) əks etdirmək (yerləşdirmək) vergi ödəyicilərinin vəzifəsi kimi müəyyən edilib. Həmin məlumatın (arayışın) təsərrüfat subyektinin (obyektinin) girişində əks olunmamasına görə Vergi Məcəlləsinin 58.2-1-ci maddəsinə əsasən mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat, digər şəxslərə münasibətdə 400 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulub.
Eyni zamanda, Vergi Məcəlləsinin 50.1.16-cı maddəsinə əsasən, kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmasına dair (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatın (arayışın) əks etdirilməsi (yerləşdirilməsi) hallarına nəzarət edilməsi vergi orqanı tərəfindən keçirilən operativ vergi nəzarəti formasıdır.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 16 dekabr 2024-cü il tarixli 98-VIIQD nömrəli Qanunun 3.1-ci maddəsinə əsasən, bazarlara nəzarətlə bağlı müddəalar Qanun qəbul edildikdən doqquz ay sonra qüvvəyə minir. Buna əsasən, vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri 2025-ci ilin mart ayında həyata keçirildiyindən, fərdi sahibkar tərəfindən ticarət mərkəzindən icarəyə götürdüyü obyektin girişində həmin obyektin vergi orqanında uçota alınması ilə bağlı (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatın (arayışın) əks etdirilməməsinə görə həmin vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.2-1-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilmir.

Əsas: Vergi Məcəlləsinin 16.1.11-16-cı, 50.1.16-cı və 58.2-1-ci maddələri.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?