6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət Vergi Xidmətinin nümayəndələri şagirdlərlə maarifləndirici görüş keçirib

Dövlət Vergi Xidmətinin nümayəndələri şagirdlərlə maarifləndirici görüş keçirib

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində uşaq və yeniyetmələr arasında vergi sahəsində biliklərin artırılması və maarifləndirmə işinin genişləndirilməsi istiqamətində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən Bakı şəhəri 6 saylı məktəbin şagirdləri ilə görüş keçirilib.

Yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə DVX-nin İnsan resursları baş idarəsinin və Tədris Mərkəzinin nümayəndələri iştirak ediblər. Qeyd olunub ki, silsilə şəklində həyata keçirilən belə maarifləndirici görüşlər şagirdlərdə vergilər, o cümlədən iqtisadiyyat barədə ilkin təsəvvürün formalaşmasına, maliyyə savadlılığının artırılmasına və vergi sahəsində maarifləndirmə işlərinin genişləndirilməsinə xidmət edir.

Gələcəyin vergi ödəyicilərinə vergi barədə ilkin anlayışlar, onun tətbiqinin məqsədi və ölkəmizin vergi sistemi barədə dolğun məlumat verilib, vergi ödəməyin cəmiyyət üçün faydaları, sosial üstünlükləri və dövlət büdcəsinin formalaşmasında mühüm rolu izah edilib. Bildirilib ki, hər bir vətəndaş dövlətin maliyyə sütunlarından birini təşkil edən vergini vaxtlı-vaxtında ödəməlidir. Bununla bağlı Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edilən məqamlar və Vergi Məcəlləsinin tələbləri barədə mühüm biliklər şagirdlərə təqdim edilib. Tədbir çərçivəsində ölkəmizdə tətbiq edilən vergi növləri və onların mahiyyəti diqqətə çatdırılıb. İnteraktiv formada keçirilmiş görüşdə iştirakçılara praktiki tapşırıqlar təqdim olunub və qrup müzakirələri təşkil edilib. Sonda şagirdlər üçün vergi və maliyyə savadlılığı üzrə maarifləndirici viktorina keçirilib, qaliblərə hədiyyələr təqdim olunub.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?