6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət Vergi Xidmətinin rəhbərliyi Xankəndidə görüşlər keçirib

Dövlət Vergi Xidmətinin rəhbərliyi Xankəndidə görüşlər keçirib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Xankəndiyə işgüzar səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Qarabağ Ərazi Vergilər Baş İdarəsinin kollektivi ilə görüşüb. İşğaldan azad edilmiş Qarabağ bölgəsində fəaliyyət göstərməyin mənəvi məsuliyyəti barədə fikirlərini bölüşən DVX rəisi əməkdaşların işini yüksək qiymətləndirib. Bildirib ki, bu bölgədə vergi orqanlarının fəaliyyətinin təşkili Qarabağda iqtisadi canlanmanın, işgüzar mühitin formalaşmasının və iqtisadi sistemin qurulmasının təməlini təşkil edir. Qeyd olunub ki, məqsəd yalnız vergi toplamaq deyil, həm də qanunlara əsaslanan iqtisadi mühit formalaşdırmaq, sahibkarlığı stimullaşdırmaq və uzunmüddətli sabitliyi təmin etməkdir. Qarabağda yeni təsərrüfat subyektlərinin yaranması, yeni iş yerlərinin açılması, yerli və xarici sərmayələrin təşviqi bölgənin iqtisadi dirçəlişini təmin edir. Vergi orqanları da bu prosesdə fəal iştirakçı olaraq Qarabağın iqtisadi reinteqrasiyasına mühüm töhfə verirlər.

DVX rəisi işğaldan azad edilmiş ərazilərdə vergi sisteminin formalaşmasının təkcə iqtisadi deyil, həm də strateji və mənəvi əhəmiyyət daşıdığını vurğulayıb, burada fəaliyyət göstərən əməkdaşların sosial vəziyyətinin diqqətdə saxlanıldığını bildirib.

Səfər çərçivəsində nümayəndə heyəti Qarabağ Ərazi Vergilər Baş İdarəsinin yeni tikilən inzibati binasında və əməkdaşlar üçün yaşayış binasında aparılan tikinti işləri ilə tanış olub. DVX rəisi burada çalışan vergi orqanı əməkdaşlarından birinin evinə gedərək onun yaşayış şəraiti ilə tanış olub.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?