6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
DVX nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

DVX nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Avropa Şurası və Avropa İttifaqının “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” birgə proqramının üçüncü mərhələsində (PGG3) iştirak ediblər. Fransanın Strasburq şəhərində keçirilən “Azərbaycanda iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə” layihəsi çərçivəsində “Transsərhəd cinayətkarlıq fəaliyyəti ilə əlaqədar təhdidlər, zəifliklər və yeni maliyyə cinayəti riskləri, eləcə də onların aşkarlanması və qarşısının alınması üsulları” mövzusunda seminarda ölkəmizi DVX-nin Maliyyə monitorinqi şöbəsinin rəisi Orxan Abdinov və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsinin Maliyyə araşdırmaları şöbəsinin müstəntiqi Kənan Kazımov təmsil ediblər.

Tədbirdə açılış nitqi ilə Avropa Şurası İnsan Hüquqları və Hüququn Aliliyi Baş İdarəsinin Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) icraçı katibi, İqtisadi Cinayətkarlıq və Korrupsiya Departamentinin rəhbəri Liviya Stoyka Bext çıxış edib. Bildirilib ki, bu regional təşəbbüs Avropa İttifaqı və Avropa Şurasının birgə həyata keçirdiyi “Yaxşı İdarəçilik Naminə Tərəfdaşlıq” proqramının üçüncü mərhələsi çərçivəsində altı layihədən biridir. Bu təşəbbüs korrupsiyaya qarşı mübarizə, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində digər ölkələrdə hazırlanmış yeni həllər və innovasiyalar barədə məlumatlılığın artırılması məqsədini daşıyır. Təşəbbüs həmçinin siyasətə dair tövsiyələr təqdim etmək, ölkələr arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün çərçivə yaratmaq məqsədilə regional tipologiyaların müəyyənləşdirilməsini nəzərdə tutur.

Dövlət Vergi Xidmətinin əməkdaşları çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində effektiv tədbirlərin tətbiqi üzrə institusional imkanların gücləndirilməsi məsələləri barədə çıxış ediblər.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?