6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçiriləcək

“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçiriləcək

2025-cü ilin mayın 21-də saat 11:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək.

İclasda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi çərçivəsində 1-ci rüb ərzində görülmüş işlərin nəticələri və nəzərdə tutulan tədbirlər, həmçinin Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinə ünvanlanmış müraciətlər müzakirə ediləcək.

Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın www.azranking.az internet portalının “onlayn müraciət (https://azranking.az/online-apply)” bölməsi və “Təklif göndər” onlayn xidməti vasitəsilə işçi qrupun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilərlər.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?