6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
ADA məktəbində şagirdlərlə maarifləndirici görüş keçirilib

ADA məktəbində şagirdlərlə maarifləndirici görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində uşaq və yeniyetmələr arasında vergi savadlığının artırılması, onların gələcəkdə məsuliyyətli vətəndaş kimi formalaşmasına dəstək göstərilməsi məqsədilə silsilə maarifləndirici tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu tədbirlər çərçivəsində vergi sahəsində ilkin anlayışların formalaşdırılması məqsədilə ADA məktəbinin yuxarı sinif şagirdləri ilə görüş təşkil olunub.

Görüşdə DVX-nin İnsan resursları baş idarəsinin və Tədris Mərkəzinin nümayəndələri məktəblilərə vergilərin və vergi sisteminin mahiyyəti, cəmiyyət və dövlət üçün əhəmiyyəti, vergi növləri, vergi sistemində tətbiq olunan əsas anlayışlar, vergi ödəyicilərinin hüquq və vəzifələri barədə ətraflı məlumat veriblər. Eyni zamanda, vergilərin düzgün hesablanması və vaxtında ödənilməsinin vacibliyi şagirdlərin diqqətinə çatdırılıb. Qeyd olunub ki, belə maarifləndirici tədbirlərin başlıca məqsədi yalnız nəzəri bilikləri ötürmək deyil, həm də şagirdlərdə iqtisadi düşüncə tərzinin yaranmasına, onların gələcəkdə vətəndaş məsuliyyəti daşıyan vergi ödəyicisi kimi formalaşmasına töhfə verməkdir. Görüş zamanı iştirakçılar müxtəlif praktiki tapşırıqlarla öz biliklərini yoxlayıb və qrup şəklində müzakirələr aparıblar.

Daha sonra yuxarı sinif şagirdləri üçün vergi və maliyyə savadlığı üzrə maarifləndirici və əyləncəli viktorina təşkil olunub. Viktorinanın qaliblərinə hədiyyələr təqdim edilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?