6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sosial sığorta ödəmələri 12,3 faiz artıb

Sosial sığorta ödəmələri 12,3 faiz artıb

2025-ci ilin yanvar-aprel aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələr 2 milyard 38 milyon manatdan çox olub. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,3 faiz və ya 223,5 milyon manata yaxın artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz artaraq 1 milyard 357,2 milyon manatdan çox təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə ödəmələr 2024-cü ilin müvafiq dövrünə nisbətən 12,1 faiz artıb və 72,2 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,1 faiz artaraq 55,2 milyon manatdan çox təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə ödəmələr ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artıb və 355,7 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11,5 faiz artaraq 251,1 milyon manatdan çox təşkil edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?