6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
DVX-nin Tədris Mərkəzi ilə CİAT arasında əməkdaşlıq memorandumu imzalanıb

DVX-nin Tədris Mərkəzi ilə CİAT arasında əməkdaşlıq memorandumu imzalanıb

Çili Respublikasının Santyaqo şəhərində Amerikadaxili Vergi Administrasiyaları Mərkəzinin (CIAT) 59-cu Baş Assambleyası keçirilib. Tədbirdə ölkəmizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzinin rəisi səlahiyyətlərini icra edən, xidmət rəisinin müşaviri Sərxan Həşimov və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin şöbə rəisi Faiq İsazadə təmsil ediblər.

Çili Vergi Xidmətinin təşkilatçılığı ilə baş tutan tədbir cari ildə “Vergidən yayınma və vergi cinayətləri ilə mübarizədə vergi administrasiyalarının rolu”na həsr olunub. Baş Assambleyada Amerika, Avropa, Afrika və Asiyadan 58 ölkənin nümayəndə heyətləri və beynəlxalq təşkilatlar iştirak edib. Tədbirdə vergidən yayınma və cinayətkarlıqla mübarizə, informasiya mübadiləsi və institusional əməkdaşlıq, faktura saxtakarlığı, qaçaqmalçılıq və təşkilatlanmış cinayətkarlıq məsələləri ilə bağlı geniş müzakirələr aparılıb.

Səfər çərçivəsində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə CİAT arasında əməkdaşlıq memorandumu imzalanıb. Tərəflər vergi inzibatçılığının səmərəliliyini gücləndirmək üçün təlim proqramları üzrə əməkdaşlıq etməyə razılaşıblar. Memorandumu Azərbaycan tərəfdən DVX rəisinin müşaviri, Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Sərxan Həşimov, CIAT tərəfdən icraçı katib Marcio Ferreira Verdi imzalayıblar.

Qeyd edək ki, CIAT vergi administrasiyalarının modernləşdirilməsi və gücləndirilməsinə xüsusi texniki yardım göstərən beynəlxalq qeyri-hökumət təşkilatıdır. 1967-ci ildə yaradılan Amerikadaxili Vergi Administrasiyaları Mərkəzi vergidən yayınma hallarının qarşısının alınması və könüllü əməletmə vərdişlərinin möhkəmləndirilməsi sahəsində şəffaflıq və etik davranış qaydaları kimi dəyərləri təşviq edir, ölçülə bilən nəticələrin əldə olunması üçün fəaliyyət göstərir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?