6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ulu Öndərin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi keçirilib

Ulu Öndərin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi və bağlanış mərasimi keçirilib.

Ulu Öndərin xatirəsinin yad edilməsi ilə başlayan turnirin final mərhələsində 22 komanda arasında yarış keçirilib, iştirakçılar öz intellektual bacarıqlarını nümayiş etdiriblər. Yekunda ən yaxşı nəticə göstərən 3 komanda yarışın qalibi olub.

Mükafatlandırma mərasimindən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva qalib komandaları təbrik edib. Qeyd olunub ki, bu bilik yarışması əməkdaşların erudisiya, dünyagörüşü və məntiqi düşünmə bacarıqlarının artırılması baxımından böyük əhəmiyyətə malikdir. Hər bir vergi əməkdaşı gündəlik fəaliyyətində çoxlu məlumat axını ilə işləyir, qanunvericiliyi tətbiq edir, vergi ödəyiciləri ilə ünsiyyət qurur, riskləri qiymətləndirir və nəticəyə yönələn qərarlar verir. Bütün bunlar məhz yüksək intellektual səviyyə, soyuqqanlılıq və stressə davamlılıq tələb edir.

Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Birinci yeri “Şahdağ”, ikinici yeri “Öhdəlik”, üçüncü yeri isə “Tax GPT” komandası tutub. Qalib komandalara kubok, medallar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub. “Ən yaxşı oyunçu” nominasiyası üzrə birinci yerə layiq görülən komandanın üzvləri arasından qalib seçilərək müvafiq kubokla mükafatlandırılıb.

Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunlarına fevral ayında start verilib, turnirə ümumilikdə 300-dən yuxarı iştirakçı, 44 komanda qatılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?