14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xaçmazda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı tədbir keçirilib

Avqust ayının 2-də Xaçmazda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması işlərinin təşkili məsələlərinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Vergilər Nazirliyinin, Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının icra hakimiyyətlərinin rəhbər vəzifəli şəxsləri, həmin rayonların Dövlət aqrar inkişaf mərkəzlərinin əməkdaşları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının, qəsəbə, kənd icra nümayəndəliklərinin və bələdiyyələrin rəhbərləri, 3 saylı Ərazi Vergi İdarəsinin əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Xaçmaz Rayon İcra Hakmiyyətinin başçısı Şəmsəddin Xanbabayev rəhbərlik etdiyi rayonun timsalında kənd təsərrüfatında aparılan uğurlu islahatların müsbət nəticələri barədə məlumat verib, bütün sahələrdə olduğu kimi, burada da uçotun düzgün aparılmasının vacibliyini qeyd edib.

Vergilər nazirinin müavini Sahib Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatının inkişafına xüsusi önəm verdiyini görüş iştirakçılarının diqqətinə çatdıraraq, 2 gün əvvəl dövlət başçısının keçirdiyi müşavirədə cari ilin ilk 6 ayı ərzində bu sahədə rekord göstəricilər əldə edildiyindən, kənd təsərrüfatında 13 faiz artıma nail olunduğundan, sahəyə qoyulan investisiyaların, aparılan islahatların, verilən subsidiyaların, kənd təsərrüfatına elmi yanaşmanın öz nəticələrini verdiyindən, gələcək illərdə də kənd təsərrüfatının dayanıqlı inkişafının həm məşğulluğun, həm də kənd təsərrüfatı məhsullarının ixracının artırılmasına xidmət göstərəcəyindən məmnunluqla danışdığını görüş iştirakçılarının diqqətinə çatdırıb. Sonra o, bu sahədə uçotun dürüstləşdirilməsini və şəffaflaşdırılmasını zəruri edən səbəblər, mövcud problemlərin aradan qaldırılması üçün vergi orqanları və aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı və digər vacib məsələlər barədə danışaraq vurğulayıb ki, əsas məqsəd bu sahədə fəaliyyət göstərən istehsalçıların təkcə vergiyə cəlb edilməsi yox, digər aidiyyəti dövlət qurumları və bələdiyyələrlə birlikdə real vəziyyəti düzgün əks etdirən uçotun qurulmasının təmin edilməsidir. Çünki real vəziyyəti bilmədən və düzgün dəyərləndirmədən real hədəflərin müəyyən olunması və həmin hədəflərə çatmaqda ciddi problemlər ortaya çıxır.

Qeyd olunub ki, kənd təsərrüfatı məhsulları istehsalçıları uçot aparmamaqla və hesabat təqdim etməməklə üçüncü şəxslərin vergidən yayınmasına şərait yaratmış olurlar ki, bu da yolverilməzdir. Bildirilib ki, kənd təsərrüfatı sahəsində uçotun və hesabatlılığın hazırkı səviyyəsi qənaətbəxş hesab edilə bilməz və kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasındakı ciddi uyğunsuzluqlar bu sahənin daha sürətlə inkişaf etdirilməsinə əngəl törədən amillərdən biridir.

Sonra Vergilər Nazirliyinin Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi departamentinin baş direktoru Elçin Bəylərov kənd təsərrüfatı sahəsində uçot və hesabatlılığın təşkili və tətbiqi sahəsindəki mövcud vəziyyət və görüləcək işlər barədə layihəni görüş iştirakçılarına təqdim edib və ərazi vergi orqanlarının aidiyyəti dövlət qurumları ilə birlikdə görəcəyi işlərlə bağlı hazırlanmış proseslər xəritəsi barədə görüş iştirakçılarını məlumatlandırıb.

Tədbirdə Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin direktoru Sarxan Məmmədov, Azərbaycan Fermerlər Assosiasiyasının sədri Pərviz İlyasov da çıxış ediblər. Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?