6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sənaye məhəlləsinin rezidentlərinə hansı vergi güzəştləri tətbiq olunur?

Sənaye məhəlləsinin rezidentlərinə hansı vergi güzəştləri tətbiq olunur?

Mətbuatda oxudum ki, 2025-ci il yanvarın 1-dən sənaye məhəllələrinə bir sıra vergi güzəştləri tətbiq olunur. Tikinti materiallarının istehsalı ilə məşğul olan vergi ödəyicisi kimi, fəaliyyətimi genişləndirib sənaye məhəlləsində yeni istehsal sahəsi açmaq istəyirəm. Bilmək istəyirəm ki, sənaye məhəlləsinin iştirakçısı kimi qeydiyyatdan keçdiyim halda, mənə hansı vergi güzəştləri tətbiq edilə bilər?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 199.8-ci və 207.4-cü maddələrində edilmiş dəyişikliklərə əsasən, sənaye məhəllələrinin idarəedici təşkilatı və ya operatoru sənaye məhəlləsinin ərazisində yerləşən əmlaklarına və istifadə olunan torpaqlarına görə əmlak və torpaq vergilərini ödəməkdən azad edilir.

Göründüyü kimi, sənaye məhəllələrinin yalnız idarəedici təşkilatı və ya operatoruna münasibətdə əmlak vergisi və torpaq vergisindən azadolma ilə bağlı 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsində dəyişikliklər edilib. Buna əsasən, müraciətdə göstərilən halda sənaye məhəlləsinin iştirakçısı kimi qeydiyyatdan keçmiş vergi ödəyiciləri tərəfindən vergilər Vergi Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada hesablanıb dövlət büdcəsinə ödənilir.

Xidmətdən o da bildirilib ki, sənaye məhəlləsinin iştirakçısı olaraq investisiya təşviqi sənədi aldığınız təqdirdə, Vergi Məcəlləsində nəzərdə tutulan bir çox güzəştlərdən istifadə edə bilərsiniz. Belə ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, investisiya təşviqi sənədini almış vergi ödəyiciləri həmin sənədi aldığı tarixdən 7 il müddətinə təsdiqedici sənəd əsasında idxal etdiyi texnika, texnoloji avadanlıqlar və qurğular ƏDV-dən, müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş əmlakına, habelə mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə əmlak və torpaq vergilərindən tam məbləğdə, əldə etdikləri mənfəətin (gəlirin) 50 faizi məbləğində isə mənfəət (gəlir) vergisindən azad edilirlər.

Əsas: Vergi Məcəlləsinin 102.1.23-cü, 106.1.17-ci, 164.1.26-cı, 199.8-ci, 199.11-ci, 207.4-cü və 207.5-ci maddələri

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?