6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət Vergi Xidmətinin nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub

Dövlət Vergi Xidmətinin nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub

Dövlət Vergi Xidməti (DVX) rəisinin müşaviri, Tədris Mərkəzinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Sərxan Həşimovun rəhbərlik etdiyi nümayəndə heyəti təcrübə mübadiləsinin aparılması məqsədilə Macarıstana səfər edib.

Səfər çərçivəsində Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasında keçirilən görüşlər zamanı tərəflər vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi, rəqəmsal vergi inzibatçılığı, ƏDV və gəlir vergisinin tətbiqi ilə bağlı təqdimatlarla çıxış edib, həmçinin, əməkdaşlıq potensialından istifadə imkanlarının genişləndirilməsi məqsədilə təşəbbüslərin artırılması məsələləri nəzərdən keçirilib və qarşılıqlı dəstəyin davam etdirilməsi barədə razılıq əldə olunub. Gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsi və dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün yeni təşəbbüslərin irəli sürülməsi barədə razılığa gəlinib.

Səfər zamanı Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının Tədris Mərkəzi, o cümlədən Maliyyə baş idarəsinin nümayəndələri ilə ayrıca görüşlər keçirilib, aidiyyəti sahələr üzrə birgə fəaliyyətin genişləndirilməsi imkanları, vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatlar müzakirə olunub, həmin sahələrdə təcrübə mübadiləsi aparılıb. Səfər çərçivəsində nümayəndə heyəti ölkəmizin Macarıstandakı səfirliyində görüş keçirib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?