6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İnsan resursları, vergi və mühasibat mütəxəssisləri üçün yeni nəşrlər

İnsan resursları, vergi və mühasibat mütəxəssisləri üçün yeni nəşrlər

“Əmək qanunvericiliyinin praktiki izahı” kitabının 5-ci nəşri çap olunub. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilovun müəllifi olduğu kitabda 2025-ci ilin cari ayınadək əmək qanunvericliliyinə edilən son əlavə və dəyişikliklər praktiki nümunələrlə izah edilib.

Yeni nəşrdə Əmək Məcəlləsinin ayrı-ayrı maddələri izah edilməklə yanaşı, bu sahəyə dair, demək olar ki, bütün qanunvericilik aktları praktiki şəkildə, nümunələr əsasında izah olunub. Kitabda 100-dən artıq qanunvericilik aktına istinad edilib, onların izahı verilib. Nəşrdə 300-dən artıq nümunə, əmr, ərizə, protokol əsasında proseslər izah edilib. 20 fəsil və 605 səhifədən, 400-dən artıq praktiki nümunə və 100-dən artıq sənəd formalarından (əmr, ərizə, protokol v.s.) ibarət kitab insan resursları mütəxəssisləri və menecerləri, mühasiblər, vergi mütəxəssisləri, auditorlar, eləcə də işçi və işəgötürənlər üçün nəzərdə tutulub.

Həmçinin, mühasiblər və əməkhaqqı hesablama mütəxəssisləri üçün “Əməkhaqqı hesablanmasının praktiki izahı” kitabının birinci nəşri çap edilib.

Peşəkar mühasib sertifikatı, dövlət qulluğu, vəkillik imtahanına hazırlaşanlar və imtahan proqramında Əmək Məcəlləsi olan şəxslər üçün “Əmək qanunvericiliyi – testlər toplusu”nun ikinci nəşri daha faydalı ola bilər. Bu kitabda isə 1200 test və onların cavabları yer alıb.

Kitabı əldə etmək üçün +994 55 466 65 50 nömrəsinə yaza və ya zəng edə bilərsiniz. Satın alınmış kitab sifarişçilərə bütün ölkə daxilində ödənişsiz çatdırılır.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?