6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Fermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır?

Fermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır?

Mən fermer təsərrüfatı yaratmaq istəyirəm və 3 nəfər işci çalışdırmağı nəzərdə tuturam. Bilmək istəyirəm ki, işçilər üçün minumum əməkhaqqından nə qədər vergi ödəməliyəm?

Suala İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən aydınlıq gətirilib. Sorğunun muzdlu işlə əlaqədar əldə edilən gəlirdən ödənilən gəlir vergisinə aid edildiyi nəzərə alınaraq bildirilib ki, 1 yanvar 2019-cu il tarixdən qanunvericilikdə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8.000 manatadək olduqda vergi 0 faiz, 8.000 manatdan çox olduqda 8.000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa, məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur. İşəgötürən tərəfindən isə işçinin sığorta haqqına cəlb edilən aylıq gəlirinin 200 manatadək olan hissəsindən 22 faiz, 200 manatdan yuxarı olan hissəsindən isə 15 faiz dərəcə ilə sosial sığorta haqqı hesablanır.

Həmçinin, sığortaedən (işəgötürən) tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi həcmində, sığortaolunan (işçi) tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi həcmində işsizlikdən sığorta haqqı hesablanaraq ödənilməldir. İşçinin əməkhaqqının 8.000 manata qədər olan hissəsindən 2%, 8.000 manatdan yuxarı olan hissəsindən 0.5 faizi həcmində icbari tibbi sığorta haqqı tutulması müəyyən edilib.

Vergi ödəyiciləri aşağıdakı link vasitəsilə əməkhaqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əməkhaqqından tutulan vergi və digər tutulmalar haqda ətraflı məlumat əldə edə bilərlər:
https://www.taxes.gov.az/az/page/emek-haqqindan-tutulmalarin-hesablanmasi

Əsas: Vergi Məcəlləsinin 101-ci maddəsi; “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlar

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?