17 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Hansı halda həyatın yığım sığortası üzrə sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərqdən vergi tutulur?

Hansı halda həyatın yığım sığortası üzrə sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərqdən vergi tutulur?

Vergi Məcəlləsinin 123.4- cü maddəsinə əsasən, həyatın yığım sığortası üzrə sığortaolunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq kimi alınan gəlirdən ödəmə mənbəyindən 10 faiz dərəcəsi ilə vergi tutulur. Həmin vergi bu maddədə adı çəkilən sığorta müqaviləsinin xitam olunması halındamı tutulur? Həmin müqavilənin müddəti minimum 3 il olduğu halda da (xitam olunmadığı halda) vergi tutulurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 99.3.9-cu maddəsinə əsasən, həyatın yığım sığortası üzrə sığortaolunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq fiziki şəxsin qeyri-sahibkarlıqdan əldə etdiyi gəliri hesab olunur.

Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə qeyri-dövlət sektoruna aid edilən işəgötürənin sığortaolunanın vergiyə cəlb edilən gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığortaolunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər gəlir vergisindən azad edilir. Vergi Məcəlləsinin 116.3-cü maddəsinə əsasən, sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə ödənilmiş sığorta haqları sığortaçı tərəfindən ödəmə mənbəyində vergiyə cəlb olunur.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 123.4-cü maddəsinə əsasən, həyatın yığım sığortası üzrə sığortaolunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq kimi alınan gəlirdən ödəniş mənbəyindən 10 faiz dərəcəsi ilə vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 99-cu, 102-ci,116-cı, 123-cü maddələri

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?