6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi orqanlarına daxil olmuş müraciətlərə operativ şəkildə baxılır

Vergi orqanlarına daxil olmuş müraciətlərə operativ şəkildə baxılır

2025-ci ilin yanvar – mart aylarında vergi orqanlarına ümumilikdə 127.652 müraciət daxil olub. Daxil olmuş müraciətlərdən 96 faizi ərizə, 3,9 faizi şikayət, 0,1 faizi təklif olub, 107 müraciətin icrası nəzarətə götürülüb.

Müraciətlərin 94,3 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 5,7 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 52,4 faizi barədə müvafiq izahat verilib, 46,3 faizi həll olunub, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Həll olunmuş 1.113 sayda faktiki şikayətlər, əsasən, kameral vergi yoxlaması, vergi ödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcu, şəxsi hesab vərəqələri, ƏDV depozit hesabı, maliyyə sanksiyalarının silinməsi və digər məsələlərlə bağlı olub.

2025-ci ilin birinci rübü ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 202, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 6 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?