6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yeni Zelandiyanın Daxili Gəlirlər İdarəsi ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

Yeni Zelandiyanın Daxili Gəlirlər İdarəsi ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli Yeni Zelandiyanın Daxili Gəlirlər İdarəsinin komissarı və baş icraçı direktoru Piter Mersi ilə onlayn formatda görüş keçirib.

Görüşdə IOTA və təşkilat tərəfindən keçirilən tədbirlər barədə məlumat verilib, Yeni Zelandiyanın adıçəkilən qurumla əməkdaşlıq perspektivləri müzakirə edilib. Daha sonra vergi orqanlarının qarşısında duran çağırışlar və yeniliklər, birgə fəaliyyətin prioritet istiqamətləri, qarşılıqlı əlaqələrin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın təşviqi barədə müzakirələr aparılıb. Tərəflər iki ölkə arasında vergi inzibatçılığı sahəsində əməkdaşlıq perspektivləri və mövcud potensialın reallaşdırılması barədə fikirlərini bölüşüblər.

Görüşün davamında vergi sahəsində həyata keçirilən islahatlar barədə fikir mübadiləsi aparılıb, rəqəmsal texnologiyaların tətbiqinin və beynəlxalq vergi məlumatlarının mübadiləsinin əhəmiyyəti vurğulanıb. Əlavə olaraq prioritet sahələr üzrə əməkdaşlığın intensivləşdirilməsi və təcrübə mübadiləsinin təşkili imkanları dəyərləndirilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?