6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət Vergi Xidməti Avropa Biznes Qeydiyyatçıları Assosiasiyasının keçirdiyi görüşlərdə təmsil olunub

Dövlət Vergi Xidməti Avropa Biznes Qeydiyyatçıları Assosiasiyasının keçirdiyi görüşlərdə təmsil olunub

Aprel ayında Portuqaliyanın Lissabon şəhərində Avropa Biznes Qeydiyyatçıları Assosiasiyasının (EBRA) “Şirkətlər haqqında qanun və açıq məlumat” və “Benefisiar mülkiyyətçilik” işçi qruplarının hibrid formatda görüşləri keçirilib.

Biznes subyektləri üçün qlobal çağırışlar şəraitində fəaliyyət istiqamətlərinin müzakirə edildiyi görüşlərdə şəffaflıq, şirkətlərin hüquqi strukturlarının təkmilləşdirilməsi və mülkiyyətçiliklə bağlı açıq məlumatların təmin olunması məsələləri gündəmə gətirilib. İştirakçılar əməkdaşlıq perspektivlərini müzakirə edərək, “Şirkətlər haqqında qanun və açıq məlumat” və “Benefisiar mülkiyyətçilik” sahələrində birgə fəaliyyətin əhəmiyyətinə diqqət çəkiblər.

Görüşlərdə Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəisi Mirzə Mirzəyev və Maliyyə monitorinqi şöbəsinin rəisi Orxan Abdinov iştirak ediblər. Müzakirələr zamanı Azərbaycanın biznesin qeydiyyatı sahəsində qabaqcıl təcrübəsi, mütərəqqi islahatları və əldə edilmiş uğurlu nəticələr barədə məlumat verilib.

Qeyd edək ki, EBRA 2019-cu ilin aprelində Avropa Biznes Qeydiyyatçıları və Avropa Ticarət Qeydiyyatçıları Forumunun koalisiyası yolu ilə təsis olunub. Həm üzv dövlətlər, həm də üçüncü ölkələr üçün körpü rolunu oynayan EBRA-nın 36 ölkədən 43 üzvü var ki, onlardan 37-i tamhüquqlu, 4-ü isə assosiativ üzvlərdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təşkilatın tamhüquqlu üzvüdür.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?