6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Avtomobil Dilerləri Assosiasiyası ilə görüş keçirilib

Avtomobil Dilerləri Assosiasiyası ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklər və təkliflərinin öyrənilməsi istiqamətində əməkdaşlığı və görüşləri davam etdirir. Növbəti belə görüş Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsi, İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsi və avtomobil dilərlərinin nümayəndələrinin iştirakı ilə baş tutub.

Tədbirdə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası tərəfindən ölkədə avtomobil bazarının cari vəziyyəti barədə statistik məlumatlar səsləndirilib. Qanunvericlikdə tətbiq olunan yeni güzəşt mexanizmləri sayəsində son illər elektrik və hibrid mühərrikli avtomobillərin sayında artım olduğu diqqətə çatdırılıb. Görüş zamanı rəsmi dilerlərin avtomobil bazarında mövcud çətinlikləri müzakirə edilib, bu istiqamətdə Türkiyə, Qazaxıstan və digər ölkələrin təcrübələri qeyd olunub. Daha sonra kreditləşmə, nisyə qaydada satış və rəsmi dilerlər tərəfindən 2-ci əl avtomobillərin təkrar satışında yaranan ƏDV öhdəlikləri ətrafında məsələlərə toxunulub.

Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən vergi qanunvericiliyinin bəzi aspektəri izah olunub, iştirakçıların sualları cavablandırılıb, gələcəkdə belə görüşlərin davam etdirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?