6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Almaniya Federal Maliyyə Nazirliyinin Vergi Direktoratlığı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Almaniya Federal Maliyyə Nazirliyinin Vergi Direktoratlığı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli Almaniya Federal Maliyyə Nazirliyinin Vergi Direktoratlığının rəhbəri Nils Vayt ilə videoformatda görüş keçirib.

Görüşdə birgə fəaliyyətin inkişaf etdirilməsi üçün potensial imkanlar, əməkdaşlığın gücləndirilməsi və beynəlxalq əlaqələrin təşviqi barədə müzakirələr aparılıb. Tərəflər IOTA çərçivəsində tərəfdaşlığın şaxələndirilməsi məsələləri, ikitərəfli səviyyədə vergi sahəsində təcrübə mübadiləsi ilə bağlı fikirlərini bölüşüblər. Görüşdə IOTA-nın fəaliyyəti və son illər müşahidə edilən çağırışlar müzakirə olunub. Təşkilatın imkanlarının genişləndirilməsi, yeni üzvlərin cəlb edilməsi və maliyyə dayanıqlığının artırılması istiqamətində təkliflər nəzərdən keçirilib. Dövlət Vergi Xidmətinin IOTA-ya rəhbərliyi müddətində həyata keçirilən işlər, təşkilatın əməliyyat effektivliyini və üzv dövlətlər üçün cəlbediciliyini artırmaq məqsədi daşıyan strateji inkişaf planları və perspektivlər diqqətə çatdırılıb.

Görüşün davamında vergi sahəsində ikitərəfli əməkdaşlığın prioritetləri barədə fikir mübadiləsi aparılıb, innovasiyaların tətbiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?