6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib

“Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib. Tədbirdə işçi qrup üzvləri və onun fəaliyyətinə bilavasitə cəlb olunmuş məsul şəxslər, hüquq və konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.

İşçi qrupun rəhbəri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva görüş iştirakçılarını salamlayaraq gündəlikdə olan məsələləri diqqətə çatdırıb.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev Komissiya tərəfindən “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi”nin təsdiq edildiyini diqqətə çatdırıb. Bildirib ki, Dünya Bankı Qrupunun sentyabr ayında nəşr olunacaq hesabatına Azərbaycanın da daxil ediləcəyi gözlənilir.

Sonra DVX-nin rəis müavini Samirə Musayeva Dünya Bankı Qrupu tərəfindən adıçəkilən indikatorla bağlı ünvanlanmış sorğu anketi ilə əlaqədar təqdimatla çıxış edib. Ölkəmizdə biznesin təsis edilməsi ilə bağlı bir çox müsbət nəticələr əldə olunduğu tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

İclasda 2025-ci il üzrə müvafiq yol xəritəsi ilə bağlı qarşıda duran vəzifələr barədə müzakirələr, biznesin təsis edilməsi proseslərinin daha da yaxşılaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. Yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı ilə bağlı yeniliklər və biznesə daxilolma sahəsində həyata keçirilmiş islahatlara dair təkliflər səsləndirilib. Qərara alınıb ki, yaranmış suallarla əlaqədar hüquq-konsaltinq şirkətləri, özəl sektor və müvafiq dövlət qurumları cəlb edilməklə ayrıca tematik görüşlər təşkil edilsin.

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” İşçi qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir (https://azranking.az/az/working-groups).

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?