6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyası ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyası ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Orxan Nəzərli Sərhədsiz Vergi Müfəttişləri (SVM) Proqramı çərçivəsində Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyasının (HMRC) ekspertləri Entoni Klark və Stefen Denyerlə görüş keçirib.

Görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətləri, tərəfdaşlığın gücləndirilməsi imkanları və beynəlxalq əməkdaşlığın təşviqi barədə müzakirələr aparılıb. Tərəflər birgə fəaliyyətin şaxələndirilməsi məsələləri, eyni zamanda, ikitərəfli səviyyədə vergi sahəsində təcrübə mübadiləsi ilə bağlı fikirlərini bölüşüblər.

Görüş zamanı Sərhədsiz Vergi Müfəttişləri (SVM) Proqramı çərçivəsində birgə əməkdaşlıq, qarşılıqlı məlumat mübadiləsi, vergidən yayınma halları ilə mübarizə, transfer qiymətlərinin tənzimlənməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi kimi sahələrdə tərəfdaşlıq təşəbbüsləri nəzərdən keçirilib. Qeyd olunub ki, əlaqələrin möhkəmləndirilməsi hər iki ölkə üçün vergi sistemlərinin inkişafı, iqtisadi təcrübələrin və investisiya mühitinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Vergi inzibatçılığı sahəsində müştərək təşəbbüslərin artırılması üçün mövcud potensialdan istifadənin zəruriliyi vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb. Görüş iştirakçıları birgə əməkdaşlığın inkişafına töhfə verən təşəbbüslərin davamlı olacağını qeyd ediblər.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?