6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Tibb müəssisələrinin nümayəndələri ilə görüş keçirilib

Tibb müəssisələrinin nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı təkliflərinin öyrənilməsi istiqamətində görüşləri davam etdirir. Növbəti belə görüş Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsi və aparıcı klinikaların nümayəndələrinin iştirakı ilə baş tutub.

Tədbirdə Vergi Məcəlləsində səhiyyə sahəsinin inkişafına yönəlmiş dəyişikliklər, vergi güzəştləri və təşviq mexanizmləri barədə təqdimat nümayiş etdirilib, vergi güzəştlərinin mahiyyəti izah olunub. Qeyd edilib ki, əsas məqsəd səhiyyə sahəsində könüllü əməletməyə və “ağarmaya” nail olmaqdır.

Görüşdə qarşılıqlı müzakirələr aparılıb. Klinika və həkimlər arasında əmək münasibətlərinin əmək müqaviləsi əsasında formalaşmasının mövcud vəziyyəti və perspektivi, həmçinin avans ödənişləri ilə əlaqədar ƏDV-nin qaytarılması zamanı yaranan çətinliklər, investisiya qoyuluşu ilə bağlı təşviqlərin verilməsi imkanı və digər məsələlər müzakirə olunub.

Sonda qaldırılan məsələlərlə bağlı vergi qanunvericilyinin bəzi məqamları Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən izah olunub, suallar cavablandırılıb. Gələcəkdə də belə görüşlərin keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?