6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi orqanlarında vətəndaş müraciətlərinə həssas yanaşılır

Vergi orqanlarında vətəndaş müraciətlərinə həssas yanaşılır

2025-ci ilin fevral ayı ərzində ümumilikdə vergi orqanlarına 54.648 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 66,5 faiz çoxdur. Daxil olmuş müraciətlərdən 96,9 faizi ərizə, 3 faizi şikayət, 0,1 faizi təklif olub. Daxil olmuş müraciətlərdən 78,4 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 21,6 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 61 faizi barədə müvafiq izahat verilib, 38,2 faizi həll olunub, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Həll olunmuş 160 sayda faktiki şikayət, əsasən, kameral vergi yoxlamaları, vergi ödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcu, şəxsi hesab vərəqələri, ƏDV depozit hesabı, maliyyə sanksiyalarının silinməsi və digər məsələlərlə bağlı olub.

Hesabat dövründə şəhid ailələri və müharibə iştirakçılarından vergi orqanlarına 37 müraciət daxil olub. Daxil olmuş müraciətlərdən 62,2 faizinin baxılması fevral ayı ərzində başa çatdırılıb, 37,8 faizi hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 65,2 faizi barədə müvafiq izahat verilib, 34,8 faizi həll olunub.

2025-ci ilin yanvar ayında Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 72 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?