7 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyicilərinə xidmət mərkəzlərində 112 mindən çox şəxs qəbul edilib

2025-ci ilin yanvar-fevral ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 112.754 şəxs qəbul edilib, onlara 178.542 sayda xidmət göstərilib ki, bunun 59,2 minə yaxını şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 42,6 minə yaxını elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub.

Qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 90,9 fazini təşkil edib:

• Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
• Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);
• Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
• Asan İmza sertifikatlarının verilməsi;
• Fiziki şəxsin uçotdan çıxarılması;
• Vergi ödəyicisinə arayışların verilməsi;
• Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
• Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
• Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması).

2025-ci ilin yanvar-fevral ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 6,1 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 4,3 milyona qədər məlumatlandırma xarakterli müxtəlif növ bildirişlər (məktublar) göndərilib. Dövr ərzində 892 vergi ödəyicisinin iştirakı ilə 67 görüş keçirilib, 886 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.

Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 414 mindən çox SMS göndərilib.

Yanvar-fevral ayları ərzində ümumilikdə 58.238 müraciət üzrə 85.730 Asan İmza sertifikatı verilib.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?