27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sosial sığorta haqları üzrə daxilolmalar 11,1 faiz artıb

Sosial sığorta haqları üzrə daxilolmalar 11,1 faiz artıb

2025-ci ilin yanvar-fevral aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 958,6 milyon manatdan çox olub. Bu mənbədən ödəmələr əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz və ya 96,0 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq 648,4 milyon manatdan çox təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin müvafiq dövrünə nisbətən 15,7 faiz artaraq 34,4 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə ödəmələr 17,2 faiz artıb və 26,7 milyon manata yaxın təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq 171 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə ödəmələr 10,8 faiz artıb və 122,3 milyon manatdan çox təşkil edib.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?